Medianews.az
Azərbaycana mobil telefon gətirənlər üçün
60 baxış

Azərbaycana mobil telefon gətirənlər üçün yeni ödəniş qaydası

Azərbaycana mobil telefon idxalı ilə bağlı yeni fiskal mexanizm tətbiq edilir.

Medianews.az xəbər verir ki, ölkəyə fiziki şəxs tərəfindən gətirilən hər bir mobil telefon üçün 20 manat məbləğində aksiz vergisi hesablanacaq.

Yeni qaydalara əsasən, təqvim ili ərzində şəxsi istifadə məqsədilə ölkəyə gətirilən yalnız bir mobil telefon aksiz vergisindən azad olunur. Lakin həmin şəxs bir il ərzində ikinci və daha sonrakı mobil telefonları idxal edərsə, bu cihazların hər biri üzrə əlavə ödənişlər qüvvəyə minir.

Belə ki, ikinci və sonrakı mobil telefonların qeydiyyatı zamanı 100 manat məbləğində dövlət rüsumu tutulacaq. Bu rüsum telefonun bazar dəyərindən asılı olmayaraq tətbiq ediləcək.

Rəsmilərin bildirdiyinə görə, qərarın məqsədi mobil cihazların idxalına nəzarəti gücləndirmək, qeyri-rəsmi dövriyyənin qarşısını almaq və fiskal intizamı təmin etməkdir.

Bizə qoşulun