Medianews.az
İstanbulda Azərbaycana qarşı təxribat -
72 baxış

İstanbulda Azərbaycana qarşı təxribat - Dərhal qarşısı alındı

"Türkiyə Gənclik Vəqfi İstanbulda “Qəzzaya ədalət” yürüşü keçirib. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insan qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartlar olub. Onları yürüşə qatılmağa icazə verməyiblər, təxribatın qarşısı alınıb". 

Medianews.az  xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, həmin qrup Misiri İsraildən qaz alışına dair saziş imzalamasına görə hədəf seçib: 

"Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) isə İsrailə neft satmaqda ittiham edirlər. Diqqətimi məlum qrupun nəfis şəkildə hazırladıqları pankartlar çəkdi. Onlar bunu nəşriyyatda hazırlayıblar. Bu qrupda yer alanlar 2024-cü ilin iyun ayında Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında da etiraz təşkil etmişdilər. Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var, içərlərində radikalizmə meyllənənlərə də rast gəlinir, 3 gün əvvəl terrorçu İŞİD üzvləri ilə toqquşmada 3 polis şəhid edildi. Dövlət Neft Şirkəti 20 milyard dollarla Türkiyəyə ən çox yatırım qoyan şirkətdir və İsrailin Azərbaycan neftinin alışı Türkiyənin Ceyhan limanı üzərindən həyata keçirilir. Yəni Türkiyədə İsrailə neft satışına görə Dövlət Neft Şirkətini hədəf seçənlər həm də öz dövlətlərini hədəf seçirlər".

Bizə qoşulun