Medianews.az
Bunu alqışlayırsa, onda niyə dezinformasiya yayır?
329 baxış

Bunu alqışlayırsa, onda niyə dezinformasiya yayır?

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünənki brifinqdə söylədiyi kimi Moskva İrəvan-Bakı dialoqunda müsbət dinamika görürsə, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesini, o cümlədən Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının tədarükünün davam etdirilməsini alqışlayırsa, nədən bunların əleyhinə çıxan erməni radikalların dezinformasiyalarını yayır?” Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

E.Şahinoğlu vurğulayıb: “Taxılın ərazimizdən keçidinə şərait yaratdıq, erməni radikallar dezinformasiya yaydılar ki, nəql olunan taxıl keyfiyyətsizdir, qida üçün yararsızdır... Benzin satdıq, yenə dezinformasiya yaydılar ki, bu, Azərbaycanın deyil, üçüncü ölkələrdən alınmış yanacaqdır... Həm də bütün bu yalanları Rusiyanın Ermənistandakı “Sputnik” agentliyi yaydı. Bircə Rusiya taxılının nəqlinə ilişmədilər, çünki özlərininki idi”.

Nailə Qasımova,

Medianews.az

 

Bizə qoşulun