Medianews.az
Pakistanda yol qəzasında ən azı
112 baxış

Pakistanda yol qəzasında ən azı 16 nəfər həlak olub

Pakistanın Xayber-Paxtunxva əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə ən azı 16 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Medianews.az-ın DAWN-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanlarının məlumatında deyilir.

Məlumata görə, Svat istiqamətində hərəkət edən sərnişin avtobusu yol kənarında park edilmiş avtobusla toqquşub.

Yol polisinin ilkin məlumatına görə, qəza sərnişin avtobusunda baş vermiş texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi ilə əlaqdar baş verib.

Yol polisi əməkdaşları, xilasetmə qüvvələri və yerli sakinlər hadisə yerinə gəliblər.//Bakues.az

Bizə qoşulun