Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
“Müstəqillik Gününüz mübarək, Azərbaycan!
Pakistan Respublikası hökuməti və xalqı Azərbaycan Respublikası hökuməti və xalqını səmimi-qəlbdən təbrik edir”, - paylaşımda deyilir./APA