Medianews.az
İrandan Hörmüz boğazı ilə bağlı yeni açıqlama -
104 baxış

İrandan Hörmüz boğazı ilə bağlı yeni açıqlama - FOTO

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar davam edir və boğazda gəmiçiliyin vəziyyətində hər hansı dəyişiklik qeydə alınmayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bəqayinin sözlərinə görə, iyulun 24-25-də Tehranda keçirilən görüşlər zamanı iki ölkənin nümayəndələri Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi məqsədilə, hər iki dövlətin suveren hüquqlarına hörmət prinsipi əsasında ortaq mexanizmləri və əməkdaşlıq yollarını müzakirə ediblər. O qeyd edib ki, bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub.

XİN sözçüsü əlavə edib ki, Oman nümayəndə heyəti iyulun 25-i axşam Tehranı tərk etsə də, tərəflər arasında texniki və siyasi məsləhətləşmələr davam etdirilir.

Bəqayi vurğulayıb ki, hazırda Hörmüz boğazında gəmiçilik fəaliyyətində hər hansı dəyişiklik müşahidə olunmur./oxu.az

Bizə qoşulun