Medianews.az
Öz toyunda sevgilisini görüb
80 baxış

Öz toyunda sevgilisini görüb bəyə "hə" DEMƏDİ

Hindistanda toyda gəlin qonaqlar arasında sevgilisini gördükdən sonra evlənməkdən imtina edib.

Medianews.az xəbər verir ki, hadisə Andhra Pradeş ştatında baş verib.

Məlumata görə, müqəddəs toy boyunbağısının bağlanmasından əvvəl keçirilən bir ritual zamanı gəlin səhnədən enərək qonaqlar arasında olan bir kişiyə yaxınlaşıb. O, həmin şəxsin sevgilisi olduğunu etiraf edib və valideynlərinin seçdiyi bəylə evlənmək istəmədiyini bildirib.

Bəy tərəfi toy hazırlıqlarına təxminən iki milyon rupi xərclədiklərini açıqlayıb. Mərasim zamanı yaranan gərginliyin qarşısını almaq üçün polis hadisə yerinə müdaxilə edib.

Kənd ağsaqqalları tərəflər arasında razılıq əldə olunmasına kömək ediblər. Qərara əsasən, gəlinin valideynləri xərclərin bir hissəsini bəy tərəfinə ödəyəcəklər. Hadisə ilə bağlı polisə rəsmi şikayət verilməyib.

Medianews.az

Bizə qoşulun