Taylandın Çianq Ray əyalətinin sakini öz dəfn mərasimindən iki həftə sonra evə qayıdıb.
Medianews.az xəbər verir ki, yanvarın əvvəlində 48 yaşlı kişinin ailəsi hakimiyyət orqanlarından onun vəfat etməsi barədə rəsmi bildiriş alıb. Onun cənazəsi yanvarın 9-da evə təhvil verilib. Ailə bütün zəruri dini ayinləri və dəfn mərasimini yerinə yetirib. Lakin yanvarın 24-də kişi sağ-salamat doğma kəndinə qayıdıb.
Araşdırma nəticəsində səhvən dəfn edilən şəxsin kimliyi məlum olub. Onun cəsədi qohumlarına qaytarılıb. Səlahiyyətlilər oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün bu qarışıqlığı araşdırırlar.
Medianews.az