“NATO ölkələri Qrenlandiya ətrafındakı vəziyyətdə ABŞ-yə qarşı çıxa bilmir”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Onlar şikayət etmək üçün hara müraciət etməlidirlər? Onlar təlim keçiblər, milli qanunları elə qurulub ki, şikayətlər yalnız NATO daxilində NATO xaricindəkilərə qarşı edilə bilər. NATO daxilindəkilərə qarşı şikayət etmək üçün heç bir müddəa yoxdur", - diplomat bildirib .
Medianews.az