Medianews.az
Azərbaycanda kredit və əmanət –
89 baxış

Azərbaycanda kredit və əmanət – Yeni rəqəmlər

2026-cı il yanvarın 1-nə Azərbaycanda 22 bankın cəmi aktivləri 57,1 milyard manata yaxınlaşıb, cəmi öhdəlikləri 49,7 milyard manatı ötüb.

Medianews.az Mərkəzi Banka istinadla bildirir ki, ölkədə 30 milyard manatdan çox kredit, 16,7 milyard manat əmanət rəsmiləşib.

Bakıda qeydə alınan kredit 22,8 milyard manat göstərilir.

Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1,2 milyard manat, Gəncə-Daşkəsən – 896,1 milyon manat, Lənkəran-Astara – 714,3 milyon manat, Şəki-Zaqatala – 612,7 milyon manat, Mərkəzi Aran – 602,1 milyon manat, Qazax-Tovuz – 577,6 milyon manat, Qarabağ – 526,4 milyon manat, Quba-Xaçmaz – 523,3 milyon manat, Naxçıvan – 495,3 milyon manat, Şirvan-Salyan – 467,1 milyon manat, Mil-Muğan – 355,8 milyon manat, Dağlıq Şirvan – 208,8 milyon manat, Şərqi Zəngəzur – 26,5 milyon manat.

Hesabata görə, Bakıda 14,7 milyard manat əmanət qoyulub.

Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 613,9 milyon manat, Gəncə-Daşkəsən – 268,07 milyon manat, Quba-Xaçmaz – 166,3 milyon manat, Şəki-Zaqatala – 151,7 milyon manat, Lənkəran-Astara – 145,7 milyon manat, Mərkəzi Aran – 144,9 milyon manat, Qazax-Tovuz – 134,8 milyon manat, Qarabağ – 100,7 milyon manat, Naxçıvan – 84,9 milyon manat, Şirvan-Salyan – 78,8 milyon manat, Mil-Muğan – 51,9 milyon manat, Dağlıq Şirvan – 51,1 milyon manat, Şərqi Zəngəzur – 842 min manat.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun