Medianews.az
Göyərçini evində böyütdü -
58 baxış

Göyərçini evində böyütdü - VİDEO

ABŞ-də 28 yaşlı qız çöldə tapdığı göyərçini evində böyüdüb.

Medianews.az xəbər verir ki, Abbi Jardine adlı Nyu-York sakini bu barədə “Jam Press”ə danışıb.

Qızın sözlərinə görə, o, göyərçini bala ikən tapıb. Quş uça və yemək yeyə bilmirdi. Jardinenin göyərçinə yazığı gəlib və onu evə gətirib. Qız, quşu sağaldıqdan sonra onu buraxmağı planlaşdırıb. Lakin zamanla quşa vərdiş verib.  

Jardine göyərçininə Pidge adını verib və onu bütün görüşlərinə çantasında aparıb. Qız bildirib ki, quş taksilərdə və metroda sakit davranır, dostlarını sevindirir. Qızın qeyd etdiyi kimi, göyərçinə qulluq etmək asandır. O, göyərçinə toxum və dənli bitkilər verir və quş baytarına aparır.

"Bəzən yaxşı davranışına görə təriflər alır və mən özümü qürurlu bir ana kimi hiss edirəm. Xoşbəxtlikdən, onun sağlamlığı əladır", - Jardine etiraf edib.

Əsirlikdə göyərçinlər 15 ildən çox yaşaya bilərlər.

Medianews.az

Bizə qoşulun