Medianews.az
İrandakı rejim acınacaqlı sonluğa yaxınlaşır
66 baxış

İrandakı rejim acınacaqlı sonluğa yaxınlaşır

Hazırda İranda müharibə riski artmaqdadır. Barıt çəlləyinə çevrilməkdə olan bu ölkənin qonşularına, xüsusilə Azərbaycana təhlükə yaratmaq ehtimalı böyükdür.

Regionda baş verə biləcək təhlükəli proseslərdən İranın qurtulub- qurtulmayacağını isə demək çətindir.

Biz yalnız və yalnız İrandakı 40 milyona yaxın soydaşlarımıza görə narahatıq.

Əgər ABŞ silahlı qüvvələri hərəkətə keçib İranda əsas hədəfləri məhv etməyə başlayacaqsa, o zaman mülki vətəndaşlar da zərər görə bilər. Hətta qonşu ölkələrə qaçqın axınının baş verməsi gözləniləndir.

Ümid edirik ki, Azərbaycanla Türkiyənin müvafiq qurumları bu məsələlərlə bağlı intensiv danışıqlar aparır.

Görün molla rejimi vəziyyəti hansı həddə gətirib çıxarıb.

Əvvəldən bəlli idi ki, İranın siyasəti heç zaman regionda sabitliyə, konstruktiv əməkdaşlığa xidmət etmir.

İslamın vacib prinsiplərindən uzaq düşərək məkrlə, təhdidlə normal qonşuluq prinsiplərini zədələmək, dünyaya meydan oxumaq siyasəti acınacaqlı sonluğa yaxınlaşır.

Əkrəm Bəydəmirli

Bizə qoşulun