ABŞ Prezidenti Donald Tramp dolların son dörd ilin ən aşağı səviyyəsinə düşməsi ilə bağlı şərh verib.
Medianews.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Jurnalistlərin sualına cavab olaraq Tramp Amerika valyutasının yaxşı vəziyyətdə olduğu deyib. Bununla belə, o, dolların dəyərinin düşməyə davam etməsini istəmədiyini əlavə edib.
Bununla əlaqədar olaraq, nəşr qeyd edib ki, dolların son zamanlar zəifləməsi Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin daha da azaldılması gözləntiləri, tarif qeyri-müəyyənliyi, siyasət qeyri-sabitliyi, o cümlədən Fed-in müstəqilliyinə təhdidlər və artan büdcə kəsiri kimi amillərlə bağlıdır. Bütün bunlar investorların ABŞ iqtisadiyyatının sabitliyinə inamını sarsıdıb.
Medianews.az