Medianews.az
Oyuna burnu sınıq halda davam etdi,
83 baxış

Oyuna burnu sınıq halda davam etdi, gündəm oldu

Portuqaliyanın “Portu” klubunun futbolçusu Martim Fernandesin oyun vaxtı burnu sınsa da, matçı davam etdirib.

Teleqraf xəbər verir ki, hadisə Portuqaliya Kubokunun 1/4 final mərhələsində “Benfika” ilə matçda baş verib.

19 yaşlı müdafiəçi görüşün 6-cı dəqiqəsində rəqib futbolçu Sidni Kabralla toqquşduqdan sonra burnundan güclü qanaxma başlayıb. Buna baxmayaraq, Fernandes 76-cı dəqiqəyədək meydanda qalıb.

Matçdan sonra və sosial şəbəkələr vasitəsilə klubu 19 yaşlı futbolçunun şəklini paylaşaraq “Söhbət "Portu"dan gedirsə, sınıq burun sadəcə xırda bir detal sayılır” sözlərini yazıblar.

Qeyd edək ki, “Portu” – “Benfika” qarşılaşmasında meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

Bizə qoşulun