Medianews.az
Ötən il Azərbaycana ən çox turist bu ölkədən gəlib -
73 baxış

Ötən il Azərbaycana ən çox turist bu ölkədən gəlib - SAY AÇIQLANDI

2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana gələn turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2% az olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aylıq hesabatında qeyd edilib.

Belə ki, ötən ilin 11 ayı ərzində Azərbaycana 2,364,251 turist gəlib. Bu, 2024-cü ilin eyni dövründə 2,412,160 nəfər təşkil edib.

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn turist sayını ölkələr üzrə ilk onluğu təqdim edirik:

Rusiya 573,067

Türkiyə 416,689

İran 190,504

Hindistan 151,574

Gürcüstan 101,142

Səudiyyə Ərəbistanı 99,196

Qazaxıstan 95,952

Pakistan 81,952

Çin 60,636

İsrail 59,917 nəfər təşkil edib.

Bizə qoşulun