Medianews.az
Ötən il Azərbaycan hansı ölkələrə neft satıb?
104 baxış

Ötən il Azərbaycan hansı ölkələrə neft satıb?

2025-ci ildə Azərbaycandan 12 milyard 91,4 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az bildirir ki, hesabatı yayan Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Almaniya, Portuqaliya, Yunanıstan, Böyük Britaniya, İrlandiya, Tunis, Niderland, Hindistan, Fransa, İsveçrə, Türkiyə, İndoneziya, Bolqarıstan, Avstriya, Tailand, Danimarka, İspaniya, Gürcüstan.

2025-ci ildə kondensatla birlikdə neft hasilatı 27,7 milyon ton göstərilib.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti ilə 65,71 dollarla start verib.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Medianews.az

Bizə qoşulun