Medianews.az
Onlar 92 mindən çox
69 baxış

Onlar 92 mindən çox cərimələniblər

Tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb.

Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələriniin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, nəticədə 1 işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92 min 200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6 min manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı  1 fakta görə 3 min 300 manat məbləğdə inzibati cərimə tətbiq edib./qazfqazinfo.az

Bizə qoşulun