Onkoloq, kimyaterapevt Rasul Axmaev bildirib ki, xərçəngin erkən mərhələlərində insan özünü sağlam hiss edə bilər, lakin bu zaman orqanizmdə şiş inkişaf edir.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, tez-tez xəstələnmək, uzunmüddətli öskürək, səbəbsiz yorğunluq və iştahanın itməsi diqqət yetirilməli əlamətlərdir.
Mütəxəssis vurğulayıb ki, sürətli arıqlama (2-3 ayda 10-15 kiloqram), gecə tərləmələri və davamlı zəiflik də xərçəngin gizli simptomları ola bilər.
Axmaev vurğulayıb ki, xüsusilə ailəsində xərçəng halları olanlar mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər.
Medianews.az