Medianews.az
Onkoloqdan qadağa –
110 baxış

Onkoloqdan qadağa – Yeməyin, xərçəng yaradır

Onkoloq Vladimir İvaşkov insanları xərçəng riskini artıran müəyyən qidalardan imitna etməyi çağırıb. 

Medianews.az xəbər verir ki, həkim xərçəng riskini artıran qidaların adını çəkib.

Beləliklə, İvaşkov kolbasa, sosiska, viner, bekon, vetçina, müxtəlif hisə verilmiş ətlər, qurudulmuş və konservləşdirilmiş ətlər, hazır səhər yeməkləri, dondurulmuş pizza, nagetslər, uzun tərkibli souslar, istənilən spirtli içki, çips, kruton və qatqılı qəlyanaltılardan çəkinməyi məsləhət görüb.

Həkimin sözlərinə görə, bütün bunlar xərçəng riskini artırır.

Onkoloq müəyyən qidaları çox nadir hallarda almağı tövsiyə edib.

İvaşkov bunların arasında spirtsiz şərab, mal əti, donuz əti, dana əti, bitki mənşəli süd, şirin qatıqlar və kəsmik qeyd edib.

Medianews.az

Bizə qoşulun