Fransa millisinin oyunçusu Usman Dembele komanda yoldaşı, "Real Madrid"in hücumçusu Kilian Mbappe barəsində danışarkən onun həddindən artıq və haqsız yerə tənqid olunduğunu bildirib.
Medianews.az xəbər verir ki, Dembele kapitanı müdafiə edib:
"İnsanlar Kiliana qarşı çox ədalətsiz davranırlar. Sırf söhbət Mbappedən getdiyi üçün onu hədsiz dərəcədə tənqid edirlər. Bu qədər qəddar olmaq lazım deyil. İstəyər ayaqqabısının bağını bağlayar, istəyər bağlamaz. İstəyər getrələrini yuxarı çəkər, istəyər aşağı salar. Axı o da ilk növbədə insandır. Mbappe bizim liderimiz, kapitanımız və inanılmaz keyfiyyətlərə malik çox vacib oyunçumuzdur".
Medianews.az