Medianews.az
Ölümlə nəticələnən qəza:
99 baxış

Ölümlə nəticələnən qəza: Məktəb avtobusunun sürücüsü həbs edildi - VİDEO

Türkiyədə məktəb avtobusu ilə motosikletin toqquşması nəticəsində 22 yaşlı sürücü həyatını itirib. Qəza ilə bağlı avtobus sürücüsü həbs olunub.

Medianews.az xəbər verir ki, hadisə fevralın 9-da baş verib.

22 yaşlı Fehmi Y.-nin idarə etdiyi motosiklet 59 yaşlı Z.T.-nin sürdüyü məktəb avtobusu ilə toqquşub. Ağır xəsarət alan motosikletçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis avtobus sürücüsünü həbs edib. Sürücü istintaqdan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Medianews.az

Bizə qoşulun