Medianews.az
Olise Platini, Desayi və Zidanın sırasına
101 baxış

Olise Platini, Desayi və Zidanın sırasına QOŞULDU

Bavaria Munich klubunun futbolçusu Maykl Olise UEFA Çempionlar Liqasında diqqət çəkən göstəriciyə imza atıb.

Medianews.az xəbər verir ki, fransalı vinger turnirin yarımfinal mərhələsində öz ölkəsinin komandalarına qol vuran nadir futbolçular siyahısına daxil olub. O, ilk oyunda PSJ ilə keçirilən və 4:5 hesabı ilə başa çatan qarşılaşmada fərqlənməyi bacarıb.

Bununla da Olise, əvvəllər bu nailiyyəti əldə etmiş fransalı əfsanələrin sırasına qoşulub. 1985-ci ildə Mişel Platini "Bordo"ya, 1994-cü ildə Marsel Desayi "Monako"ya, 1998-ci ildə isə Zinəddin Zidan yenidən "Monako"ya qarşı yarımfinalda qol vurmuşdu.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü mayın 6-da keçiriləcək və finala vəsiqə uğrunda mübarizə davam edəcək.//Milli.Az 

Bizə qoşulun