ATV-də yayımlanan məşhur “Kim Milyoner Olmaq İstər?” verilişində maraqlı anlar yaşanıb.
Medianews.az xəbər verir ki, Manisalı lisey şagirdi Süleyman proqramda rep ifası ilə çıxış edərək həm studiyadakıları, həm də ekran qarşısındakı izləyiciləri təəccübləndirib.
Müsabiqə zamanı aparıcı Oktay Kaynarca ilə söhbət edən gənc iştirakçı musiqiyə böyük həvəsi olduğunu bildirib. Aparıcının xahişi ilə Süleyman öz yazdığı rep parçanı ifa edib və çıxışında “Mən küçələrin kralıyam” sözlərini səsləndirib.
Onun ifası studiyada fərqli reaksiyalar doğurub. Bildirilir ki, aparıcı Oktay Kaynarca iştirakın performansından tam razı qalmayıb və bunu üz ifadəsi ilə də açıq şəkildə büruzə verib.
Çıxışından sonra özünü müdafiə edən Süleyman, studiya şəraitində və mikrofonla daha yaxşı performans göstərə biləcəyini qeyd edib.
Aparıcı isə gənc iştirakçıya diqqətçəkən məsləhət verib: xəyalların arxasınca getməyin vacib olduğunu vurğulasa da, həyatın reallıqlarını nəzərə almağın da önəmli olduğunu bildirib. Kaynarca qeyd edib ki, əvvəlcə insan öz dolanışığını təmin etməli, daha sonra isə sevdiyi sahəni inkişaf etdirməlidir.
Süleymanın anası Hayriye xanım da məsələyə münasibət bildirərək oğlunun kiçik yaşlarından rep musiqisinə maraq göstərdiyini deyib. O əlavə edib ki, əgər oğlu bu yolda irəliləmək istəyirsə, bunun məsuliyyətini və nəticələrini də özü daşımalıdır.
Medianews.az