Medianews.az
Afrika futbolunda qalmaqal: çempionluq geri alındı -
55 baxış

Afrika futbolunda qalmaqal: çempionluq geri alındı - “Gəlin götürün!”

Afrika futbolunda böyük qalmaqal yaşanıb.

Medianews.az xəbər verir ki, Afrika Futbol Federasiyası Afrika Millətlər Kubokunun finalı ilə bağlı mübahisəyə son qoyaraq sensasion qərar verib.

Qurumun açıqlamasına əsasən, Mərakeşin apellyasiya şikayəti qəbul olunub və final oyununun nəticəsi dəyişdirilib. Rəsmi qərara görə, Seneqal məğlub elan edilib, qarşılaşma isə Mərakeşin 3:0 hesablı qələbəsi kimi qeydə alınıb. Bununla da Afrika Millətlər Kubokunun qalibi rəsmi şəkildə Mərakeş olub.

Federasiyanın bəyanatında bildirilib ki, yekun qərarla çempionluq əl dəyişdirib. Bu addım Afrika futbolunda nadir rast gəlinən və geniş rezonans doğuran qərarlardan biri kimi qiymətləndirilir.

Qərar Seneqal cəbhəsində ciddi narazılıq yaradıb. Milli komandanın baş məşqçisi Pape Thiaw buna sərt reaksiya verib.

O, kuboku hərbi bazaya apararaq diqqət çəkən jest edib və bildirib: “Heç kim bizə məxsus olanı ala bilməz. Kim götürmək istəyirsə, gəlib cəhd etsin”.

Bu açıqlama və atılan addım Afrika futbolunda gərginliyi daha da artırıb. Hazırda tərəflər arasında yaranan böhranın necə nəticələnəcəyi qeyri-müəyyən olaraq qalır.

Bizə qoşulun