UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Barselona öz meydanında Nyukasl Yunayted üzərində 7:2 hesablı möhtəşəm qələbə qazanaraq dörddəbir finala yüksəlib.
Medianews.az xəbər verir ki, ilk oyunda 1:1 hesablı heç-heçə edən Kataloniya təmsilçisi bu nəticə ilə növbəti mərhələyə inamlı addım atıb.
Matçın özü futbolsevərlərin böyük marağına səbəb olsa da, oyundan sonra yayılan bir görüntü də sosial mediada geniş müzakirə yaradıb. Tribunadan qarşılaşmanı izləyən klub prezidenti Joan Laportanın yanında dayanan gənc qadın qısa müddətdə diqqət mərkəzinə düşüb.
Laportanın yanında görüntülənən qadının fotosu sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər onun kimliyi və görüntüsü ilə bağlı müxtəlif şərhlər yazaraq mövzunu trendə çeviriblər.
Qeyd edək ki, 9 qolluq qarşılaşma ilə tarix yazan “Barselona”nın möhtəşəm çıxışı ilə yanaşı, tribunadan yayılan bu detal da gündəmin əsas mövzularından birinə çevrilib.
