Medianews.az
Pakistanlı generaldan açıq DƏSTƏK:
82 baxış

Pakistanlı generaldan açıq DƏSTƏK: "Türkiyə üçün hazırıq"

Pakistanlı general-mayor Abbas Qumman Türkiyə ilə Pakistan arasındakı münasibətlərlə bağlı diqqətçəkən açıqlama verib.

Medianews.az xəbər verir ki, bölgədə artan gərginlik fonunda çıxış edən Qumman Türkiyəni “dost və qardaş ölkə” adlandıraraq iki ölkə arasındakı əlaqələrin dərin tarixi köklərə dayandığını bildirib.

Onun sözlərinə görə, Pakistan ilə Türkiyə arasındakı dostluq Türkiyə İstiqlal Müharibəsi dövrünə qədər uzanır və tərəflər çətin anlarda daim bir-birinə dəstək verib.

Qumman mövcud regional vəziyyətə də toxunaraq qeyd edib ki, lazım gələrsə Pakistan Türkiyəyə qeyd-şərtsiz dəstək verməyə hazırdır. O vurğulayıb ki, bu çətin coğrafiyada ölkələr arasında həmrəyliyin qorunması böyük əhəmiyyət daşıyır.

General-mayor çıxışının sonunda isə “Biz Türkiyəni dəstəkləməyə həmişə hazırıq” mesajını verərək bu mövqenin dəyişməz olduğunu diqqətə çatdırıb.

Bizə qoşulun