Medianews.az
Oğlunun təhsili üçün milyon
68 baxış

Oğlunun təhsili üçün milyon xərclədi

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer oğulları Kurt Efenin təhsili ilə bağlı verdikləri qərarla gündəmə gəlib.

Medianews.az xəbər verir ki, iddialara görə, cütlük 2026–2027-ci tədris ili üçün övladlarının təhsili məqsədilə İstanbulda fəaliyyət göstərən nüfuzlu Amerika kollecinin fond proqramına qoşulub.

Məlumata əsasən, Kurt Efe bu fond çərçivəsində keçirilən lotereyada seçilib və qeydiyyat prosesi tamamlanıb.

Bildirilir ki, Kıvanç Tatlıtuğ oğlunun təhsili üçün 1.609.091 TL ödəniş edib. Kurt Efenin təhsilinə 4 yaşında başlayacağı qeyd olunur.

Daha əvvəl ailənin övladlarının təhsili üçün İngiltərəyə köçəcəyi ilə bağlı yayılan xəbərlərin doğru olmadığı, onların yalnız Londona səfər etdiyi bildirilib. 

Məşhur ailənin bu qərarı sosial mediada geniş müzakirələrə səbəb olub və yüksək təhsil xərcləri diqqət mərkəzinə düşüb.

Medianews.az

Bizə qoşulun