Fransız kahini Nostradamusun XVI əsrdə yazdığı “Les Propheties” (“Kehanetlər”) kitabı yenidən müzakirə mövzusuna çevrilib.
Medianews.az xəbər verir ki, bəzi şərhçilər onun yazılarında ABŞ–İsrail və İran arasında mümkün münaqişəyə işarə edən ifadələrin olduğunu iddia edir.
Kitabdakı bəzi dördlüklər belə şərh olunur ki, böyük bir müharibə yeddi ay davam edə bilər və bu qarşıdurmada çox sayda insan həlak olacaq. Mətnlərdə qeyd olunan “böyük arı sürüsü” ifadəsinin isə müasir dövrdə istifadə edilən hərbi dronlara bənzədildiyi bildirilir.
Şərhçilər Nostradamusun bəzi dördlüklərində qlobal qarşıdurmalar, qəfil hücumlar və yeni silahlar barədə eyhamların olduğunu deyirlər. Bu fikirlər müasir dövrdə texnoloji silahların və pilotsuz aparatların istifadə olunduğu müharibələrlə əlaqələndirilir.
Nostradamusun əsərində proqnozlar konkret illərlə deyil, “yüzilliklər” adlanan bölmələrdə verilən dördlüklər şəklində yazılıb. Buna görə də müxtəlif tədqiqatçılar həmin mətnləri fərqli şəkildə şərh edir.
Medianews.az