Medianews.az
Normalar dəyişir -
146 baxış

Normalar dəyişir - Neft hasilatı neçə barrel qalxa bilər?

OPEC+ koalisiyasında xam neftin gündəlik hasilat normaları qismən dəyişir.

Medianews.az xəbər verir ki, avqustun 1-dən Səudiyyə Ərəbistanı hasilatı 10 milyon 416 min, Rusiya 9 milyon 887 min, İraq 4 milyon 405 min, Küveyt 2 milyon 660 min, Qazaxıstan 1 milyon 618 min, Əlcəzair 1 milyon 1 min, Oman 836 min barrelə qaldıra bilər.

Qalan ölkələrin kvotası belədir:

Meksika – 1 milyon 753 min barrel

Nigeriya – 1 milyon 500 min barrel

Azərbaycan – 551 min barrel

Malayziya – 401 min barrel

Konqo – 277 min barrel

Bəhreyn – 196 min barrel

Qabon – 177 min barrel

Cənubi Sudan – 124 min barrel

Bruney – 83 min barrel

Ekvatorial Qvineya – 70 min barrel

Sudan – 64 min barrel.

OPEC-ə Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.

Medianews.az

Bizə qoşulun