Mütəxəssislər itlərin başını yana əyməsinin səbəbini izah ediblər.
Medianews.az bildirir ki, bu barədə “Futura” nəşri məlumat yayıb.
Etoloqların fikrincə, bu davranış itlərin insan səsini və hərəkətlərini daha yaxşı qavraması ilə bağlıdır. Başın əyilməsi onlara səsin istiqamətini daha dəqiq müəyyən etməyə kömək edir.
Bundan əlavə, bir çox it cinslərində uzun burun görmə sahəsini məhdudlaşdırdığı üçün başın əyilməsi insanın mimikasını və dodaq hərəkətlərini daha yaxşı görməyə imkan yaradır.
Mütəxəssislər qeyd edirlər ki, bu jest həm də itin diqqətini toplaması və tanış sözləri (məsələn, “gəzmək”, “yemək”) daha yaxşı ayırd etməsi ilə əlaqədardır. Bəzi araşdırmalar bu davranışın sözləri yadda saxlamaq qabiliyyəti ilə bağlı ola biləcəyini göstərsə də, bu hələ tam təsdiqlənməyib.
Ümumilikdə, itlərin başını yana əyməsi onların insanı daha yaxşı anlamağa çalışmasının təbii bir formasıdır.
Medianews.az