Rusiyalı qastroenteroloq Yevgeniya Zarubina həddindən artıq süd istehlakının sağlamlığa zərərli ola biləcəyini açıqlayıb.
Medianews.az-ın məlumatına görə, həkim bildirib ki, bir çox insan, xüsusən də böyüklər, laktoza — süd şəkərini parçalamaq üçün lazım olan laktaza fermentini kifayət qədər istehsal etmir. Bu halda, süd məhsullarının istehlakı şişkinlik, qaz, ishal, qarın ağrısı və ümumi mədə-bağırsaq narahatlığına səbəb ola bilər.
Zarubina əlavə edib ki, bəzi insanlarda inek südü zülalına allergiya ola bilər. Bu problem xüsusilə kiçik uşaqlarda görülür və adətən səpgilər, həzm problemləri və kolik şəklində özünü göstərir. Nadirdə isə bu, anafilaksiya kimi ciddi allergik reaksiyalara səbəb ola bilər.
Həkim həmçinin xəbərdarlıq edib ki, sənaye südündə heyvandarlıqda istifadə olunan hormonlar və antibiotik izləri ola bilər. Müntəzəm məruz qalmaq nəzəri olaraq hormonal balansın pozulmasına təsir göstərə bilər.
Zarubina vurğulayıb ki, süd özü zərərli məhsul deyil, onun orqanizmə təsiri əsasən fərdi xüsusiyyətlər, mədə-bağırsaq traktının vəziyyəti, yaş və ümumi qidalanma ilə bağlıdır.
Medianews.az