Medianews.az
Niyə bu vəziyyətdə insanlara
135 baxış

Niyə bu vəziyyətdə insanlara xidmət edirlər?

Bakıda fəaliyyət göstərən bir sıra ictimai iaşə müəssisələrində aparılan yoxlamalar zamanı ciddi sanitar-gigiyenik pozuntular aşkar edilib. Nəticədə müvafiq qurumlar tərəfindən həmin obyektlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Medianews.az-ın məlumatına əsasən, ekspertlər bildirir ki, ictimai iaşə sahəsində fəaliyyət göstərən bütün müəssisələr sanitar qaydalara ciddi şəkildə əməl etməli, qida təhlükəsizliyi standartlarını daim nəzarətdə saxlamalıdır. Onların sözlərinə görə, gigiyena normalarının pozulması yalnız hüquqi məsuliyyət yaratmır, həm də insanların sağlamlığına birbaşa təhlükə törədir.

Mütəxəssislər qeyd edirlər ki, belə halların qarşısının alınması üçün mütəmadi yoxlamaların aparılması, maarifləndirmə işlərinin gücləndirilməsi və sahibkarların məsuliyyətinin artırılması vacibdir. Eyni zamanda vətəndaşlara da tövsiyə olunur ki, qida qəbul etdikləri məkanların təmizliyinə diqqət yetirsin, şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat versinlər.

Bizə qoşulun