Böyük Britaniyada 29 yaşlı qadın nişanlısının cinayətini polisə ifşa edib.
Medianews.az xəbər verir ki, kişi nişandan sonra cinayətini etiraf edib.
O, 2017-ci ildə sərxoş halda 63 yaşlı velosipedçini maşınla vurduğunu və onu qardaşı ilə birlikdə meşə bataqlığında gizlətdiyini deyib.
O, hətta nişanlısından qalıqları gizlətməkdə kömək istəyib və insan cəsədini yandırmaq üçün nə qədər vaxt lazım olduğunu soruşub.
Qadın söhbətləri gizli yazıb və gizlədilən yeri "Red Bull" bankası ilə işarələyərək polisə məlumat verib. 2020-ci ildə aparılan eksqumasiya cinayəti təsdiqləyib. 2023-cü ildə kişi 12 il, qardaşı isə 5 il 3 ay həbs cəzası alıb.
Medianews.az
