Nişan mərasimi zamanı baş verən maraqlı dialoq sosial mediada diqqət çəkib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Gəlin qəhvə hazırlamaq üçün mətbəxə daxil olub. Qadın da ora gedib və gəlinə "Oğlumun qəhvəsinə duz qoyma!" deyib. Gəlin isə sakitcə "Narahat olma, oğlun ölməyəcək; sağ ol" cavabını verib.
Bu anlar sosial şəbəkələrdə sürətlə yayılıb və müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər hadisəni yumoristik qiymətləndirib, digərləri isə "Bu evlilik nəticə verməyəcək" kimi şərhlər yazıblar.
Medianews.az