Pişik gözlərinin qaranlıqda parıldaması bizə məlumdur. Buna səbəb onların torlu qişasının arxasında tapetum lucidum adlı güzgüyə bənzər toxum təbəqəsinin yerləşməsidir. Bu təbəqə işığı əks etdirərək torlu qişaya ikinci şans verir və pişiklərə zəif işıqda belə görməyə imkan yaradır.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu xüsusiyyət sayəsində gecələr ov edən pişiklər insan gözünə nisbətən daha yaxşı görə bilir.
Tapetum lucidum yalnız pişiklərdə deyil, inəklər, qoyunlar, keçilər, atlar və əksər itlərdə də mövcuddur.
Pişiklərin göz bəbəklərinin şaquli yarıqları işığı idarə etməyə və obyektlərin konturlarını dəqiq qiymətləndirməyə kömək edir.
Qeyd edək ki, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun professoru Yanq Min Sonq pişik gözlərindən ilhamlanaraq az işıq şəraitində yüksək həssaslığa malik kamera hazırlayıb.
Medianews.az