Medianews.az
Küçələr çaya çevrildi -
131 baxış

Küçələr çaya çevrildi - Voronejda baş verənlər gündəm oldu - VİDEO

Rusiyada temperaturun yüksəlməsi ilə sürətlə əriməyə başlayan qar Voronej şəhərində fəsadlar yaradıb. Nəticədə küçələri su basıb, avtomobillər suda ilişib qalıb və tıxaclar yaranıb. 

Medianews.az xəbər verir ki, şəhər sakinləri tərəfindən çəkilən videolarda avtomobillərin və avtobusların çətinliklə hərəkət etdiyi görünür.

Ən çox şikayət Çeryomuşki yaşayış kompleksinin sakinlərindən gəlib. Onlar, yol şəraiti səbəbindən kompleksdən çıxmaqda çətinlik çəkdiklərini və ictimai nəqliyyatın bölgəyə daxil olmasında problem yaşadıqlarını bildiriblər. Bu, xüsusilə işə və təhsilə gedən sakinlər üçün ciddi çətinliklər yaradır.

Medianews.az

Bizə qoşulun