Məşhur türkiyəli aktrisa Sıla Türkoğlu və iş adamı Ata Ayyıldız evlənmək qərarına gəlib.
Medanews.az xəbər verir ki, cütlük toyu Bodrum sahillərində keçirməyi planlaşdırdığını bildirib.
Cütlük artıq İtaliyada evlilik üçün ilk addımı atıb və Türkiyədəki toya hazırlıq görür. Eyni zamanda onların Caddebostanda geniş bir ev axtardıqları da deyilir.
Qeyd edək ki, Sıla Türkoğlunun karyerasının zirvəsi "Kızılcık şərbəti" serialında Doğa Korkmaz rolu sayılır.
Medanews.az
