Ukraynanın Bila Tserkva şəhərindən olan 21 yaşlı qaçqın Katerina Tovmaş fevralın 14-də (2026) Şimali Karolinada yaşadığı mənzildə vəhşicəsinə qətlə yetirilib.
Hadisənin təfərrüatları cəmiyyəti sarsıdıb: cinayətkar, qızın azyaşlı qardaşını məcburi oyadaraq, onu bacısının otağına aparmağı tələb edib və onun gözü qarşısında Katerinanı və yanında yatan sevgilisini güllələyib.
Qatil keçmiş sevgilidir: Polisin məlumatına görə, şübhəli şəxs Ohayo ştatından 7 saat yol gələn 25 yaşlı Kaleb Qayden Fosnodur. O, mənzilə qanunsuz daxil olaraq cinayəti törədib və hadisə yerindən qaçıb. Hazırda o, saxlanılıb və ikiqat qətldə ittiham olunur.
Şahid uşaqlar: Katerina evdə kiçik qardaş və bacılarına baxırmış. Onun qardaşı Mixail Tovmaş bildirib ki, qatil 6 yaşlı uşağı bacısını oyatmağa məcbur edib, sonra isə atəş açıb.
Bir ildə ikinci faciə: İrina Zarutskayanın xatirəsi
Bu, Şimali Karolinada son bir ildə ukraynalı qaçqın qadınlara qarşı törədilən ikinci səs-küylü cinayətdir.
Avqust 2025: Həmin ştatın Şarlott şəhərində 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskaya qatarda evsiz bir şəxs tərəfindən bıçaqlanaraq öldürülmüşdü.
Siyasi reaksiyalar: İrinanın qətli ABŞ-da "yumşaq cinayət siyasəti" və psixi sağlamlıq sistemi ətrafında böyük siyasi mübahisələrə səbəb olmuşdu. Hətta Donald Tramp həmin qatil üçün ölüm hökmü tələb etmişdi.
Hər iki qız Ukraynadakı müharibədən — bombalardan və ölümdən xilas olmaq üçün Amerikaya sığınmışdılar, lakin sığınacaq axtardıqları ölkədə zorakılığın qurbanı oldular.