Medianews.az
TƏBİB-in icraçı direktoru
225 baxış

TƏBİB-in icraçı direktoru işdən çıxarıldı

Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib.

Medianews.az-ın əldə etdiyi məlumata görə, yeni icraçı direktor təyin olunanadək onun səlahiyyətləri direktor müavini Anar İsrafilova həvalə edilib.

1977-ci il təvəllüdlü Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsinə 2022-ci ilin sentyabrında təyinat alıb.

Qeyd edək ki, Vüqar Qurbanovun TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilməsi xəbərini ilk olaraq “Bakupost” yayıb.

Medianews.az

Bizə qoşulun