Medianews.az
Burkina-Fasoda şəhərə hücum edildi -
63 baxış

Burkina-Fasoda şəhərə hücum edildi - 20 nəfər öldürüldü

Burkina-Fasonun şimalında qanunsuz silahlı birləşmələrin Titao şəhərinə və orada yerləşən hərbi düşərgəyə hücumu nəticəsində azı 20 nəfər öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə RFI radiostansiyası informasiya yayıb.

Məlumata görə, hücum edənlər düşərgəni dağıdıb, mağazaları, şəhər bazarını qarət edib və yandırıblar.

Hazırda hökumət qüvvələri 50 minə yaxın əhalisi olan Titaoda asayişi bərpa ediblər və şəhərdə vəziyyət nəzarət altındadır.

Qeyd olunub ki, keçən həftəsonu silahlı birləşmələr ölkənin şimalında və şərqində daha bir neçə yaşayış məntəqəsinə hücum ediblər.

Bizə qoşulun