Nigeriyanın şimal şərqindəki hazırlıq mərkəzinə silahlı hücum nəticəsində 17 polis qətlə yetirilib.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi Nigeriya Polisinin bəyanatına istinadla məlumat yayıb.
Bildirilib ki, öldürülənlər Nigeriya Xüsusi Qüvvələr Kollecində əməliyyat hazırlıqları keçən şəxslər olublar./AZƏRTAC