Medianews.az
Ferran Torres
118 baxış

Ferran Torres PSJ-yə keçir

Fransanın PSJ klubu İspaniyanın “Barselona” komandasının hücumçusu Ferran Torresi transfer etməyə yaxındır.

Bu barədə Sky Sports nəşri məlumat yayıb.

Məlumata görə, 26 yaşlı ispan futbolçu ilə ilkin razılıq əldə olunub.

Bildirilib ki, “Barselona” əvvəlcə Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırırdı. Onun Kataloniya klubu ilə hazırkı sözləşmə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.//Bakues.az

Bizə qoşulun