Medianews.az
Nəticələr təəccübləndirdi:
104 baxış

Nəticələr təəccübləndirdi: ChatGPT-nin gözlənilməz təsiri ortaya çıxdı

Yeni araşdırma süni intellekt əsaslı çatbotların insanın məlumatı yadda saxlama qabiliyyətinə mənfi təsir göstərə biləcəyini üzə çıxarıb. Tədqiqat göstərir ki, bu texnologiyalar bir növ koqnitiv dəstək rolunu oynayaraq informasiyanı daha az mənimsəməyimizə səbəb olur.

Medianews.az xəbər verir ki, araşdırma Rio-de-Janeyro Federal Universitetinin süni intellekt üzrə mütəxəssisi Andre Barcaui tərəfindən aparılıb.

Təcrübədə 120 universitet tələbəsi iştirak edib. Tələbələrin yarısına süni intellekt mövzusunda verilən tapşırığı yerinə yetirərkən ChatGPT-dən istifadə icazəsi verilib, digər yarısına isə bu imkan tanınmayıb.

Tapşırıqdan 45 gün sonra keçirilən gözlənilməz testin nəticələrinə görə, ChatGPT istifadə edən tələbələr orta hesabla 10 bal üzərindən 5,75, ənənəvi üsulla çalışanlar isə 6,85 bal toplayıb.

Nəticələr göstərir ki, süni intellektdən məlumat tapmaq üçün istifadə etmək informasiyanın daha zəif mənimsənilməsinə gətirib çıxarır.

Barcaui məqaləsində qeyd edir ki, ChatGPT-dən həddindən artıq istifadə uzunmüddətli yaddaşı zəiflədə bilər. Onun sözlərinə görə, bu, yaddaşı gücləndirən zehni səylərin azalması ilə bağlıdır.

Tədqiqatçı süni intellektin təhsil və araşdırma üçün böyük potensiala malik olduğunu vurğulasa da, ondan ehtiyatla istifadə edilməsinin vacibliyini qeyd edib.

Medianews.az

Bizə qoşulun