Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində yaşayış binalarından birinin üzərində əmələ gələn nəhəng buz sakinləri qorxudub.
Medianews.az xəbər verir ki, sakinlər onlara xidmət göstərən idarəetmə şirkətindən narazılıq edirlər.
Onların sözlərinə görə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, şirkət problemləri həll etmək üçün konkret addım atmır.
Sakinlər bildirirlər ki, xüsusilə qış mövsümündə vəziyyət daha da ağırlaşıb. Həyətin qardan təmizlənməsi ilə bağlı ciddi çatışmazlıqlar yaşanır. İddialara əsasən, bütün qış ərzində əraziyə qar təmizləmək üçün traktor cəmi bir dəfə gəlib.
Bu səbəbdən həyətdə hərəkət çətinləşib, sakinlər, xüsusilə yaşlılar və uşaqlı ailələr üçün təhlükəli vəziyyət yaranıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların müdaxilə etməsini və problemin qısa zamanda həllini tələb edirlər.
Medianews.az