Medianews.az
Neftin qiyməti yenidən 100 dolları keçdi
207 baxış

Neftin qiyməti yenidən 100 dolları keçdi

Yaxın Şərqdə gərginliyin kəskinləşməsi, İranın körfəz ölkələrinin neft tankerlərinə və neft anbarlarına hava zərbələri endirməsi fonunda dünya bazarında neftin bir barrelinin qiyməti yenidən 100 dolları keçib.

Medianews.az xəbər verir ki, ABŞ və İsrailin İranla müharibəsi qlobal yanacaq təchizatına ciddi təsir göstərdiyi üçün enerji bazarında dalğalanma güclənir.

Münaqişənin enerji bazarına təsiri artdıqca treyderlər təklifin azalacağı ehtimalını nəzərə alaraq qiymətləri qaldırırlar.

Martın 11-i Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr qlobal bazara rekord həcmdə – 400 milyon barrel neft buraxmaq barədəqərar qəbul etsələr də, martın 12-si dünya bazarında əsas marka sayılan “Brent” markalı neftin bir barrelinin qiyməti 8,7 faiz artaraq 100 dollar həddini aşıb.

Medianews.az

Bizə qoşulun