Medianews.az
İşğaldan azad edilən ərazilərdə nə qədər mina tapılıb? -
76 baxış

İşğaldan azad edilən ərazilərdə nə qədər mina tapılıb? - FOTO

"Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir".

Bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yaradılmasının 28-ci illiyinə həss olunan brifinqdə deyib.

O bildirib ki, bir zamanlar hər addımı təhlükəli olan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlər, şəhərlər salınır, irimiqyaslı layihələr icra edilir:

"İşğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 ha təmizlənib, 255 200 (189 097 ədəd digər partlayıcı sursat, 42 235 ədəd piyada əleyhinə mina, 23 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.

Bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir. Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir"./oxu.az

Bizə qoşulun