Medianews.az
Ronaldo Kriştiano haqqında:
93 baxış

Ronaldo Kriştiano haqqında: "Klubda yüksək səviyyədə oynaya bilər, amma..."

Braziliyanın əfsanəvi futbolçusu Ronaldo Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldonun DÇ-2026-dakı çıxışını dəyərləndirib.

Medianews.az xəbər verir ki, ikiqat dünya çempionunun sözlərinə görə, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanının  "Əl-Nəsr" klubunda hələ yüksək səviyyədə oynaya bilər, lakin dünya çempionatı kimi böyük turnirdə mübarizə aparmaq daha çətindir.

"Futbola olan sevgimiz və sonsuza qədər oynamaq istəyimiz olsa da, sonda hər şeyi bədən həll edir. Mən də artıq futbol oynamıram, çünki düşüncələrim bədənimin imkanları ilə uyğun gəlmir", – deyə Ronaldo bildirib.

Qeyd edək ki, Portuqaliya millisi ÇM-2026-da 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 41 yaşlı Kriştianu Ronaldo turnirdə 5 oyun keçirib və 3 qol vurub.

Medianews.az

Bizə qoşulun