Medianews.az
“Neftçi” yayın ilk transferini etdi
64 baxış

“Neftçi” yayın ilk transferini etdi

“Neftçi” növbəti mövsümün transfer çalışmalarına start verib.

Və bu yöndə ilk addım atılıb.

Medianews.az Sportinfo.az-a istinadla xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin üzvü ilə anlaşıb.

Bu, son iki mövsümü “Şamaxı”da keçirmiş Rüfət Abbasovdur.

Müdafiənin sol cinahındakı inamlı çıxışı ilə Yuri Vernidubun diqqətini çəkməyi bacaran 21 yaşlı futbolçuya bir neçə təklif olsa da, o, “Neftçi”ni seçib.

Bu da səbəbsiz deyil. Çünki Rüfət “Neftçi”nin yetirməsi hesab olunur. Komandanın avrokuboklara hazırlaşması və növbəti mövsümdə çempionluğu hədəf seçməsi Abbasovun qərarına təsir edib.

Bizə qoşulun