Medianews.az
"Neftçi" Sloveniya toplanışına
97 baxış

"Neftçi" Sloveniya toplanışına başlayıb

“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.

Medianews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İyunun 29-da Sloveniyaya yollanan komanda bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb. Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.

Sabah da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında iki dəfə hazırlıq keçəcək “ağ-qaralar” iyulun 2-də ilk yoxlama oyununa çıxacaq. Rəqib Serbiya "Partizan"ıdır.

Qeyd edək ki, “Hotel Livada Prestige”də məskunlaşan “Neftçi”nin Sloveniya toplanışı iyulun 14-dək davam edəcək./Qol.az

Bizə qoşulun