“Neftçi” heyətinə anqolalı futbolçu Afimiko Pululunu qatmaq istəyir.
Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Yagelloniya”da çıxış edən hücumçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun transfer qiyməti 4 milyon avro olsa da, Azərbaycan təmsilçisi azad agent kimi forvardla müqavilə imzalayacaq.
Qeyd edək ki, “Bazel”in yetirməsi olan Afimiko Pululu 2023-cü ildən “Yagelloniya”nın formasını geyinir.//Bakues.az